“Bolonya” klubu heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi Bolqarıstan yığmasının müdafiəçisi Valentin Antovu sıralarına qatıb.
20 yaşlı futbolçu Sofiya ÇSKA-sından mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.
Klub buna görə, Bolqarıstan təmsilçisinə 500 min avro ödəyəcək.