Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo “Udineze” ilə matçda 757 və 758-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, portuqal futbolçu bununla da qol sayına görə əfsanəvi braziliyalı futbolçu Peleni geridə qoyub. Ronaldo Lissabonun “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1032 matç keçirib.
Pele 812 rəsmi matçda 757 qol vurmuşdu.
Qeyd edək ki, qolların sayına görə rekord göstərici çex hücumçu Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilə qədər 759 qol vurub. Ronaldoya bu rekordu qırmaq üçün 1 qol lazımdır.