"Roma"nın braziliyalı qolkiperi Alisson Beker Avropanın aparıcı klublarının hədəfindədir.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, "Liverpul" və "Real" 25 yaşlı əlcək ustasını öz rənglərinə bağlamaq istəyir. Ancaq "Roma"nın Bekeri satmaq fikiri yoxdur. Sözügedən klubların "Roma"nın prezidenti Ceyms Pallottaya bu barədə etdikləri təklif cavabsız qalıb. Təcrübəli qapıçı göstərdiyi nəticələrlə artıq əmtəə halına gəlib. Hətta onu İtaliyada "qapıçıların Messisi" də adlandırırlar.
Qeyd edək ki, A.Beker 2016-cı ildən "Roma"da çıxış edir.