“Bolonya” İtaliya A Seriyasının 5-ci turunda “Latsio”ya 1:2 hesabı ilə uduzaraq antirekorda imza atıb
Offsideplus.az xəbər verir ki, komanda A Seriyasında ardıcıl 38-ci oyunda qapısından qol buraxıb. Komanda bu oyunlarda ümumilikdə 69 top buraxıb.
“Bolonya” sonuncu dəfə 2019-cu il sentyabrın 25-də, “Cenoa” ilə görüşdə qapısının toxunulmaz saxlamağa nail olub.