"Milan"ın ulduzu İbrahimoviç ən çox sevdiyi futbolçunun adını açıqlayıb və onun ən yaxşı oyunçu olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Zlatan İbrahimoviç braziliyalı Ronaldo Nazarioya təriflər yağdırıb. Bütün zamanların ən yaxşı hücumçularından biri kimi qəbul edilən İbrahimoviç, Ronaldonun karyerasında təqlid etmək istədiyi tək oyunçu olduğunu etiraf edib.

"Məncə, Ronaldo fenomen idi. O elə bir futbolçu idi ki, etdiyi hər şey sadəcə möhtəşəm alınırdı. O nə isə çətin bir şey edərdi və sonda möcüzəyə çevrilərdi. Gənc yaşlarımda onu izləyər və özümə deyərdim ki, bir gün mən də eynilə onun kimi olacam..."