"Yuventus" "Atletiko Madrid"in məşhur oyunçusunu transfer etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, A Seriyası klubu "Atletiko"nun futbolçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir. Belə ki, 27 yaşlı hücumçu icarə əsasında "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Morata sentyabrın əvvəlində "Atletiko"dan getmək istədiyini rəhbərliyə bildirib. Turin klubu 50 milyon avro qarşılığında hücumçunu almağa çalışsa da, qarşı tərəf təklifi rədd edib.