"Napoli"nin baş məşqçisi Maurisiyo Sarri mövsümün sonunda postunu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb 59 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında yaranan fikir ayrılığı olub.
İtaliya mətbuatının yazdığına görə, təcrübəli çalışdırıcı rəhbərlikdən mövsüm başa çatdıqdan sonra 100 milyon avro transfer büdcəsi və beynəlxalq təcrübəyə malik olan futbolçuların heyətə cəlb olunmasını istəyib. Lakin klub gənc futbolçularla yola davam etmək istəyir.
Oynatdığı hücum futbolu ilə futbolsevərlərin sevgisini qazanan Sarrinin xidmətində "Çelsi", "Monako", PSJ kimi klubların maraqlandığı iddia edilir.