UEFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubuna qarşı intizam işi açıb.

Offsideplus.az məlumat verir ki, buna səbəb klub azarkeşlərinin stadiona bəzi əşyalar atmasıdır.
Hadisə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Roma"nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda baş verib.
 
Qeyd edək ki, UEFA İngiltərənin "Liverpul" klubuna qarşı da intizam işi açıb. Hər iki məsələyə mayın 31-i baxılacaq.