Futbol üzrə İtaliya A Seriyasına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, B seriyasının pley-off matçında "Spetsiya" ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi "Frozinone"yə eyni hesabla uduzub.

Yarışın əsasnaməsinə görə, "Spetsiya" B seriyasını üçüncü yerdə tamamladığı üçün ("Frozinone" 8-ci yer) qalib elan edilib və A seriyasına yüksəlib.

"Spetsiya" tarixində ilk dəfə elitada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, A Seriyasına digər 2 vəsiqəini "Benevento" və "Krotone" qazanmışdı.