“Real”ın qapıçısı Tibo Kurtua forma nömrəsini dəyişib.

Offsideplus.az xəbər verir ki, belçikalı qolkiper yeni mövsümdə 1 nömrəli formanı geyinəcək.
2019/20 mövsümündə bu nömrə PSJ-dən icarəyə götürülən Alfons Areolaya məxsus idi. Kurtua isə 13 nömrəli forma ilə çıxış edirdi.