"İnter"in "Barselona"nın Lautaro Martinez üçün olan təklifinə cavabı bəlli olub.
Offsideplus.az xəbər verir ki, "İnter"in idman direktoru Ausilio futbolçunun satılmadığını bildirib: "Barsa" Lautaro üçün bizimlə əlaqə saxlayıb. Onlarla yaxşı münasibətimiz olsa da, Lautaronun satılmadığını bildirmişik. "Barselona" bu transferi istəyirsə, sərbəst qalma məbləğini ödəməlidir. Bu qədər. Düşünürəm ki, dediklərim aydın oldu".
Qeyd edək ki, Lautaro Martinezin sərbəstqalma məbləği 111 milyon avrodur.