"Milan" "İnter"lə derbi öncəsi şok itki ilə qarşılaşıb.

"Rossoneri"lərin qapıçısı Canluici Donnarumma İtaliya kubokunun 1/4 finalında "İnter"ə qarşı matçı buraxa bilər. Offsideplus.az xəbər verir ki, gənc qolkiper komandasının son məşqi zamanı zədələnib. Onun Milan derbisinə kimi hazır olub-olmayacağı hələ məlum deyil.

Qeyd edək ki, "Milan" - "İnter" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.