"Atalanta" futbol klubunun müdafiəçisi Rojer İbanes icarə əsasında "Roma"ya keçib.

Offsideplus.az-ın Roma klubunun rəsmi saytına istinadla verdiyi məlumata görə, 21 yaşlı braziliyalı futbolçunun icarə razılaşması 30 iyun 2021-ci ilə qədər qüvvədə olacaq. Razılaşmaya əsasən klub müəyyən idman nailiyyəti əldə etdikdə oyunçuya məcburi ödəniş etməlidir. İndiki halda romalılar İbanesin transferi üçün milyon avro, bonus kimi 2 milyon avro ödəməlidirlər.

İbanes cari mövsümündə "Atalanta"nın heyətində 1 matçda iştirak edib.