"Mançester Yunayted" Joze Mourinyo ilə yollarını ayıracaq.
Offsideplus.az "Daily Express"ə istinadənxəbər verir ki, Premyer Liqada çempionluq mübarizəsindən uzaq qalan klubun rəhbərliyi portuqaliyalı mütəxəssisi yola salmaq niyyətindədir.
Nəşr Mouryino ilə bağlı daha bir iddia ilə çıxış edib. Qəzet yazır ki, portuqaliyalı mütəxəssis İtaliyaya dönəcək. Belə ki, A Seriyasında "Yuventus"dan 14 xal geri qalan və Çempionlar Liqasında mübarizəni dayandıran klubun prezidenti Guzeppe Marotta Lusiano Spallettini istefaya göndərəcək və Mourinyonu komandaya qaytaracaq.
Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"i çalışdırıb. Komanda onun rəhbərliyi altında İtaliya çempionluğunu (2 dəfə), kubokunu, ölkə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.