"Milan"ın ulduzu Rafael Leao komandadan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə özü açıqlama verib.
26 yaşlı futbolçu yaxın gələcəkdə İtaliya klubundan ayrılmağa hazırlaşdığını bildirib. O, yeni klub axtardığını və xüsusilə, iki çempionatı diqqətlə izlədiyini vurğulayıb.
Leao 2019-cu ildən “Milan”ın formasını geyinir. O, son mövsüm ərzində çıxdığı 29 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qala bilib.


