İtaliya A Seriyasının 26-cı turunda baş tutan “Komo” - “Yuventus” matçında gərgin anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, “Yuventus”un start heyətində  başlayan Kenan Yıldız matçın 83-cü dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib.

Oyundan çıxarıldığını görən Kenan Yıldız, baş məşqçi Spallettiyə etirazını nümayiş etdirib.

Kameralara yansıyan görüntülər İtaliya mətbuatında müzakirələrə səbəb olub.

Qeyd edək ki, matç "Komo"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.