“Milan” qapıçısı Mayk Menyanla müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Onun İtaliya klubu ilə yeni müqaviləsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, fransalı futbolçu 2021-ci ildən “Milan”da forma geyinir. Qolkiper komandanın heyətində 188 oyun keçirib.


