UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşündə "Mançester Siti"nin qapısına 3 qol vuran Madrid "Real"ının hücumçusu Kilian Mbappe sorğuda birinci yeri tutub.

İkinci pillədə "Benfika"nın türk futbolçusu Orkun Kökçü qərarlaşıb. Onun qolu Portuqaliya təmsiilçisini ""Monako" ilə görüşdə 1/8 finala daşıyıb. 3:3 hesabı ilə bitən matçda Orkun 84-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib (ilk oyun 1:0).

Həftənin ən yaxşılarının siyahısında Noah Lanq (PSV) 3-cü, Vitinya (PSJ) isə 4-cü olub.