Xviça Kvaratsxeliya dünən "Brest"ə qarşı Çempionlar Liqası matçından sonra müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Gürcüstan millisinin üzvü komandanın hədəfinin kuboku qazanmaq olduğunu deyib:
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Hər oyunu oynayıb, qələbə qazanmaq üçün gəlirik. Əlimizdən gələn hər şeyi bu turnirdə edəcəyik".
Qeyd edək ki, PSJ ötən gecə "Brest"i 7:0 hesabla (ümumi: 10:0) mübarizədən kənarlaşdırıb.