UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk 4 oyunu başa çatıb.
Offsideplus.az xəbər verir ki, gecə İtaliya klubları üçün acınacaqlı olub. Belə ki, Apennin yarımadasının iki təmsilçisi - "Milan" və "Atalanta" uğursuzluq yaşayıb. Xüsusilə, Avropa Liqasının ötənilki qalibi "Atalanta"nın çıxışı rüsvayçı alınıb.
"Benfika" türklərin sayəsində 1/8 finala adlayıb. Oyunun gedişində məğlub duruma düşən "Bavariya"nı isə son saniyələrdə vurulan qol xilas edib.
Çempionlar Liqası, pley-off
"Milan" - "Feyenoord" 1:1 (ilk oyun - 0:1)
Himenes, 1 - Karranza, 73
Qırmızı vərəqə: Teo Hernandes, 51 ("Milan")
"Bavariya" - "Seltik" 1:1 (ilk oyun - 2:1)
Deyvis, 90+4 - Kyun, 63
"Atalanta" - "Brügge" 1:3 (ilk oyun 1:2)
Lukman, 46 - Talbi, 3; 27; Xutqla 45+3
Qırmızı vərəqə: Toloy, 87 ("Atalanta")
Lukman 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
"Benfika" - "Monako" 3:3 (ilk oyun - 1:0)
Kerem Aktürkoğlu, 22; Vanqelis Pavlidis, 76 (pen.); Orkun Kökçü, 84 - Minamino, Ben Seqir, 51; İlenihenya, 81