Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"sunun da potensial rəqibi müəyyənləşib.

Zaqreb təmsilçisi 3-cü təsnifat mərhələsində AEK-i (Yunanıstan) keçsə, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda keçiriləcək.