"Qarabağ" ötən gecə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabı ilə məğlub olub.

 Ağdam təmsilçisinin buraxdığı hər üç qolda isə qapıçı Şahruddin Məhəmmədəliyevin səhvi vardı. Bu üzdən millimizin də "çərçivə"sini qoruyan qolkiper yenə tənqid hədəfinə çevrilib.

Azarkeşlər, media, sabiq futbolçular - bir sözlə, Azərbaycan futbol ictimaiyyəti "Şah"ı "ağ yuyub, qara sərir".

OFFSİDE SPORT MEDİA olaraq mövzuyla bağlı bu gün Feysbuk və Teleqram hesablarımızda sorğu keçirdik. 

"Qarabağ"ın dünənki məğlubiyyətində kim günahkardır?

- Qapıçı Şahruddin Məhəmmədəliyev

- Ona hər dəfə şans verən Qurban Qurbanov" - başlıqlı sorğumuzda əksəriyyət Qurban Qurbanovun ona hər dəfə şans verməsini əsas gətirərək, təcrübəli mütəxəssisi günahkar çıxardı.

Belə ki, ümumilikdə 2692 nəfərin iştirak etdiyi sorğuda 1794 izləyici ikinci bəndi "tutdu". 898 nəfər isə "əlcək sahibi"ni günahlandırdı.

İzləyicilər şərh bölməsində "Qarabağ"ın yeni qapıçı almaması məsələsinə də kəskin etirazlarını bildirirlər.

jfrf

cns