"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Siti" ilə yarımfinal matçından sonra göz yaşlarını saxlaya bilməyib. 

Offsideplus.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

"Nə baş verdi? Yaxşı deyildik. Fərqli və daha yaxşı oynamaq istədik. "Siti" üstün idi. Bir dövrün sonu? Görəcəyik. İndi özümüzü toparlamalıyıq. Gələcək barədə danışmaq istəmirəm. Nələr olacağını görəcəyik".

Qeyd edək ki, "Real Madrid" ÇL-nin yarımfinalında "Mançester Siti"yə 0:4 hesabı ilə (ümumi hesab: 5:1) uduzub.

 

Günay Xəlil