Bu gün Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında Bakı vaxtı ilə saat 15:00-da baş tutub.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. 

Çempionlar Liqası, 1/4 final cütlükləri:

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)

 “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya) 

“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

Yarımfinal:

"Real" - "Çelsi" / "Mançester Siti" - "Bavariya"

"İnter" - "Benfika" / "Milan" - "Napoli"

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək.