Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, namizədlər arasında Erlinq Haaland ("Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter"), Kərim Benzema ("Real Madrid") və Viktor Osimhenin ("Napoli") adları var.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.