UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
1/8 finalın ilk görüşləri 2023-ci il 14-15 və 21-22 fevralda, cavab qarşılaşmaları 7 - 8 və 14 - 15 martda oynanılacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Leypsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
"Liverpul" (İngiltərə) - "Real" (İspaniya)
"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Napoli" (İtaliya)
"Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə)
"İnter" (İtaliya) - "Porto" (Portuqaliya)
PSJ (Fransa) - "Bavariya" (Almaniya)