UEFA Çempionlar Liqasının final matçını ABŞ-da keçirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Xəbərə görə, həlledici matçın bu ölkədə baş tutması maliyyə baxımından sözügedən qurum üçün sərfəlidir.
Avropa Klublar Assosiasiyası (ECA) da bu ideyanı dəstəkləyir. Çünki belə addım sponsorluq və televiziya hüquqlarının satışını artıracaq.
Mənbədə o da qeyd olunur ki, yerli promouterlər də klub səviyyəsində final qarşılaşmasının ABŞ-da təşkilində maraqlıdır. Hətta buna görə UEFA-ya müvafiq təklif də göndərilib.
Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalı heç vaxt Avropa qitəsindən kənarda olmayıb.