Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.

Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiya "Viktoriya"sını (Plzen) qəbul edəcək.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) komandası isə Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.

 Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)