"Fənərbağça" cari mövsümün sonu 7 futbolçusu ilə vidalaşmağı planlaşdırır.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" aşağıdakı futbolçularla yollarını ayıracaq:

Marsel Tisseran, Mbvana Samatta, Dieqo Perotti, Papiss Sisse, Sadık Çiftpınar, Maurisio Lemos və Filip Novak.

Ali Koç "Fənərbağça"da prezidentliyinə davam edərsə, "Çelsi"nin ulduzu Olivye Jirunu komandaya gətirə bilər. Bu mövsüm baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında çox oyuna çıxmadığı üçün mövsümün sonu ayrılacağı gözlənilir. Məsut Özilin də "Arsenal"dan sabiq komanda yoldaşını "Fənərbağça"ya gəlməsi üçün razı salmağa çalışdığı bildirilir. 

Bundan əlavə, İstanbul təmsilçisinin Edin Vişça ilə razılığa gəldiyi qeyd olunur.