UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Liverpul" - "Real" matçının başlamağına az vaxt qalmış xoşagəlməz hadisə yaşanıb.

 Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin azarkeşləri qonaq komandanın avtobusunu daşa basıb.

Nəticədə avtobusun şüşəsi qırılıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.