Argentinalı əfsanə Dieqo Maradonanın ölümü ilə əlaqədar olaraq Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlama verib. O qeyd edib ki, artıq bu məsələ ilə bağlı xüsusi tapşırıq verib.

Xatırladaq ki, Dieqo Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.