"Liverpul"un futbolçusu Sadio Mane Çempionlar Liqasının 5-ci turunda PSJ ilə oyunu buraxa bilər.
Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu xəstələnib. Onun sözügedən oyun üçün heyətə daxil edilib-edilməyəcəyinə Parisə uçuşdan əvvəl qərar veriləcək.
Qeyd edək ki, PSJ - "Liverpul" görüşü sabah keçiriləcək.