"Nant" klubunun futbolçusu Evan Gessan UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri II tur matçı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu oyun qrafikinin yorucu olduğunu bildirib:

"G qrupundakı bütün komandalar kimi biz də xal qazanmağa və qrupdan çıxmağa çalışırıq. Böyük turnirlərdə mübarizə apardığımız üçün gərək üç gündən bir oyuna çıxaq. Yorucudur, lakin bu bizə xoşdur. Belə anların dadını çıxarmaqdan məmnunuq, gələn həftə "Qarabağ"la oynayacağımız üçün də xoşbəxtik".

Qeyd edək ki, "Qarabağ" - "Nant" oyunu sentyabrın 15-də saat 20:45-də baş tutacaq.