Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remzi bu baxımdan hər kəsi qabaqlayıb.
O, 1/4 finalın ilk matçında CSKA-nın qapısından 2 qol keçirmişdi. UEFA-nın saytında keçirilən səsvermədə Remzi 70% səs toplayıb. Sonrakı yerləri Antuan Qrizmann (17%), Timo Verner (7%) və Senad Luliç (7%) tutub.