"Beşiktaş" klubu Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə "Sabah"la keçiriləcək xeyriyyə matçından əldə edəcəyi gəlirdən məktəb tikilməsində istifadə edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb. "Qartallar" daha öncə "Atletiko Madrid"lə oyundan yığılan 10 milyon TL-dən çox məbləği məktəb tikilməsinə xərcləmişdi. Türkiyədə bir məktəbin tikilməsi 9 milyon TL-yə başa gəlir. "Beşiktaş" "Sabah"la baş tutacaq oyundan da bu qədər məbləğin yığılmasına ümid edir.
Qeyd edək ki, “Sabah” – “Beşiktaş” matçı mayın 13-də saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


