"Atalanta" Aleksey Mirançuk haqda qərar verib.

"Offsideplus.az" xəbər verir ki, Berqamo təmsilçisi rusiyalı yarımmüdafiəçini satmağı planlaşdırmır. Məlumatı "TuttoMercatoWeb" yayıb. 

Seriya A təmsilçisinin baş məşqçisi Qasperrini rusiyalını əsas heyət üzvü olaraq oynatmağı düşünür.

Qeyd edək ki, futbolçu bu mövsüm "Atalanta"nın heyətində 11 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.