“Barselona” Braziliyanın “Koritiba” klubunda çıxış edən 17 yaşlı futbolçunu transfer edib.

Offsideplus.az verir ki, Yan Koutonun keçidi Kataloniya təmsilçisinə 5 milyon avroya başa gəlib.

 FİFA-nın yeniyetmə futbolçuların transferi zamanı qoyduğu şərtlərlə əlaqədar sağ cinah müdafiəçisi 18 yaşı tamam olandan sonra “Barselona”ya qoşulacaq.

Qeyd edək ki, gənc müdafiəçini vətənində “ikinci Dani Alveş” adlandırırlar.