“Barselona”nın gənc müdafiəçisi Pau Çubarsi Çempionlar Liqasının finalında “Real Madrid”lə qarşılaşmağı arzuladığını bildirib.

Offsideplus.az xəbər verir ki, o, iki komanda arasında baş tutacaq finalın bütün dünya üçün möhtəşəm oyun olacağını düşünür.

“Real Madrid” bu mövsüm yaxşı çıxış edir, bizim də işlərimiz qaydasındadır. Çempionlar Liqasının finalında qarşılaşa bilərik. İki əla komandanın oyununu izləmək bütün dünya üçün maraqlı olardı. Belə bir final istəyərdim? Əlbəttə”, – deyə Çubarsi bildirib.

Gənc müdafiəçi həmçinin “Real Madrid”i dünyanın ən güclü klublarından biri kimi adlandırıb:

“Real Madrid” eynilə “Barselona” kimi dünyanın ən yaxşı klublarından biridir. Komandalar arasında həmişə prinsipial rəqabət olub. Finalda hər iki tərəfin qələbə qazanmaq şansı olardı, amma ilk növbədə əla oyun alınardı”.