"Çempionlar Liqasının pley-offunda oynamağa layiq deyildik. Mən təəssüflənmirəm. Biz baş verənləri əldə bir qədəh şərabla divanda oturub izləməyə layiqik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.
Çempionlar Liqasındakı uğursuzluqdan söz açan ispan çalışdırıcı sadə tamaşaçıya çevrildiyini bildirib: "Fantastik oyunlardan həzz alın! Baxın "Enfild"də, Parisdə necə oyunlar oldu. Azlıqda qalan "Barselona" "Benfika"ya qarşı 65-70 dəqiqə necə mübarizə apardı. Mən sadəcə, tamaşaçıyam, futbola baxıb zövq alıram, öyrənirəm".
Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının pley-off mərhələsində Madrid "Real"ına təslim olub (2:3; 1:3).