Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid derbisi baş tutub.

Offsideplus.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda “Real Madrid”i qəbul edib. Görüşün əsas vaxtı və əlavə vaxtı “Atletiko”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda “Real Madrid” 2:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və qalibi müəyyənləşdirmək üçün penalti seriyası keçirilib.

Həlledici penaltilərdə “Real Madrid” rəqibini məğlub edərək adını 1/4 finala yazdırıb. “Atletiko Madrid”də Xulen Alvarez və Markos Llorente penaltiləri dəqiq yerinə yetirə bilməyiblər. Xüsusilə Llorentenin qaçırdığı penalti futbol azarkeşləri üçün tanış bir səhnəni xatırladıb. Belə ki, 2016-cı ildə Çempionlar Liqası finalında “Atletiko”nun heyətində digər bir “Real Madrid” yetirməsi Xuanfran da həlledici penalti zərbəsində topu dirəyə vurmuşdu. Tarixin maraqlı təkrarı kimi, bu dəfə isə Llorente topu tirə vuraraq “Atletiko”nun ümidlərini puç edib.

Beləliklə, “Real Madrid”in 1/4 finalda rəqibi "Arsenal" olub.