Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" "Ludoqorest"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu gün qarşılaşmadan öncə Bolqarıstan təmsilçisinin çalışdırıcısı Georgi Dermencievin mətbuat konfransı keçirildi. Mütəxəssis oyun haqda bunları söylədi:
"Qarabağ" ən yaxşı komandalardan biridir. Qurban Qurbanov 10 ildən artıqdır ki, klubdadır və ən güclü məşqçilərdən biridir. Onlar beynəlxalq arenada öz yerlərini tutub. Biz də həmçinin, çox böyük təcrübəyə maliyik. Maraqlı və gözəl matç olacaq. Hava şəraitinin isti olmasına baxmayaraq, oyun yaxşı keçəcək. "Ludoqorets"in də böyük təcrübəsi var. Çox güclü komandalardan biriyik".