"Bavariya" noyabrın 8-də "Qalatasaray"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Bundesliqada son turda "Borussiya"nı 4:0 məğlub edən Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin başına maraqlı əhvalat gəlib. Səfər oyunu bitəndən sonra "münhenlilər"in avtobusu stadiondan ayrılıb. Bir neçə dəqiqə sonra Tuxelin stadionda olmaması diqqət çəkib. Baş məşqçini stadionda unudan avtobus dərhal geri qayıdıb və "Signal İduna Park"dan alman çalışdırıcını götürərək, yollarına davam ediblər.
Qeyd edək ki, "Bavariya" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.