UEFA Çempionlar Liqasının yarımfinalında "Real Madrid" "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, matç zamanı Erlinq Haalandın atası Alfi-İnqe Haaland və "Real Madrid" azarkeşləri arasında gərginlik yaşanıb. Alf-İnqe ikinci hissəsinin əvvəlində VİP zonadan madridistaları təhqir edib və onlara yemək (yerfındığı) atıb. Bu hərəkətlərindən sonra Haalandın atası təhlükəsizlik işçiləri tərəfindən stadionun VİP qutusundan çıxarılıb, başqa tribunaya göndərilib.
"Real" azarkeşləri Alf-İnqeyə "sağ ol" deyə səsləniblər.
Daha sonra sosial şəbəkə hesabında paylaşım edən ata Haaland bu sözləri yazıb: "Yaxşı. "Real Madrid" Kevin De Brüynenin qoluna sevinməyimizdən məmnun deyildi. Bundan əlavə, yerimizi dəyişməli olduq, çünki RM azarkeşləri 1:1-dən razı deyildi".
Alfie Haaland was escorted out of a corporate box at the Bernabéu last night after ‘insulting’ and ‘throwing peanuts’ at Real Madrid fans. ??
— Football Tweet ⚽ (@Football__Tweet) May 10, 2023
? @inakiangulopic.twitter.com/ULA6oAEjdC