UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə Madrid "Real"ının hücumçusu Vinisius Junior 1-ci olub. O, səsvermədə Lozano ("Napoli"), Riyad Mahrez ("Mançester Siti") və Hakan Çalhanoğlunu ("İnter") qapaqlayıb.
Qeyd edək ki, V.Junior Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri ilk oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.