Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları oynanılacaq.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq. Bununla da qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adı məlum olacaq.
"Qarabağ" "Bakıda qolsuz bərabərə qaldığı "Viktoriya" (Plzen) ilə Çexiyada üz-üzə gələcək.
Çempionlar Liqasında qalan 3 matç isə avqustun 24-də baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsində mübarizə aparacaq 32 komandadan 26-sı məlumdur. Bunlar UEFA reytinqində daha yüksək xala malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazanıblar.
23 avqust
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 2:3
23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0
24 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budo Qlimt" (Norveç)
İlk oyun - 0:1
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2
23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2