"Qarabağ" klubunun əsas futbolçularından biri Kadi Borges Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"inə qalib gəldikləri ilk matç (3:2) barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, komandasının görüşdəki ilk qolunu vuran oyunçu qarşılaşmadan dərhal sonra "CBC Sport"a açıqlamasında bu sözləri deyib:

"Həm bu oyunda, həm də "Lex"lə matçda yaxşı çıxış etdik. Çalışırıq ki, məşqlərdə etdiyimizi oyuna daşıyaq. Hər oyun fərqlidir. Müəyyən ideyalarımız var ki, onları həyata keçirmək istəyirik. Əsas məqsədimiz budur. Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti görüşdə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.