UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda baş tutan PSJ - "Başakşehir" matçının rumın hakimləri ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, "Başakşehir"in məşqçisi Pyer Vebonu təhqir edən görüşün 4-cü hakimi Sebastian Koltesku qayda pozuntusuna görə 2020/2021 mövsümünün sonuna qədər işindən kənarlaşdırılıb. O, UEFA hakimlər xidmətinin müəyyən etdiyi şərtlər altında 30 iyun 2021-ci ilə qədər bir təhsil proqramı keçəcək.

Bundan əlavə, oyunun köməkçi hakimi Oktavian Sovreyə töhmət verilib, həmçinin təhsil kurslarına getməli olacaq. 

Qırmızı vərəqə alan İstanbul təmsilçisinin köməkçi məşqçisi Pyer Vebo isə qeyri-idman hərəkətlərinə görə bir oyunluq diskvalifikasiya edilib.

Xatırladaq ki, S.Koltesku İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlədib. Bunun ardından baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Əvəzində isə "Başakşehir" meydanı tərk edərək paltardəyişmə otağına gedib və matç yarımçıq dayandırılıb. 

Qeyd edək ki, sözügedən oyun PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.