“Marselonun epizodunu görmədim, uzaq idim. Hamı deyir ki, penalti var idi. Ancaq uğursuzluğa görə kimisə günahlandırmaq lazım deyil".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Bavariya"da icarə əsasında çıxış edən Xames Rodriqes Çempionlar Liqasının yarımfinalında "Real"la cavab oyunundan (2:2) sonra deyib.

Müqavilə ilə Madrid klubuna məxsus olan kolumbiyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib:

"Amma bu dəfə alınmadı. “Real” finala çıxdı, deməli, onlar hər şeyi düzgün etdilər."

O, komandanın qapıçısı Ulrayxın kobud səhv etdiyi epizod haqda da danışıb:

"Onu günahlandıra bilmərik. Hər iki oyunda səhvlər buraxdıq. Ancaq futbolda bəzi şeylər var ki, onları əvvəldən bilmək olmur".

"Bavariya"nın ikinci qolunun müəllifi olan Xames daha sonra söyləyib:

"Qolu qeyd etmədim, çünki bir neçə ilimi “Real”da keçirmişəm və orada xoşbəxt idim. Məni alqışladıqlarına görə məmnunam. Belə çıxır ki, “Real”da yaxşı işlər görmüşəm. Bütün azarkeşlərə təşəkkür edirəm”.