Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə qarşılaşacaq PSJ-nin nümayəndə heyəti bir neçə saat öncə Barselonaya təşrif buyurub.

Offsideplus.az "Ekip"ə istinadla xəbər verir ki, nümayəndə heyətində Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi də yer alıb. Qonaq komandanı ispan fanatlar qarşılayıb. PSJ-nin Lionel Messini israrla heyətinə qatmaq istədiyinə cavab olaraq azarkeşlər prezidenti hədəf seçib.

Onlar alçaldıcı şüardan istifadə edərək Əl-Xelaifinin ünvanına bu sözləri işlədiblər: "Qorxaq oğru, əllərini Messidən çək!"

Ərəb milyarder klub rəhbəri deyilənləri eşitməzlikdən gələrək fanatlara cavab verməyib.

Həmin anın görüntüsünü təqdim edirik.