Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində növbəti cavab oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, “Yuventus” ilk matçda öz meydanında 2-2 bərabərə oynadığı “Tottenhem”lə səfərdə qarşılaşıb.

Matçda hesabı İngiltərə təmsilçisi açsa da, “Qoca sinyora” əzmkarlıq nümayiş etdirib və 2 qol vuraraq qalib gəlməyi bacarıb.

“Yuventus” bu qələbə sayəsində ¼ finala vəsiqə əldə edib.

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

İlk oyun - 2:2